Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2019 16:20
“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan Premyer Liqada bu mövsümkü çıxışlarını dəyərləndirib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 29 yaşlı yarımmüdafiəçi “şəhərlilər”in çemponluq uğrunda mübarizəsininin demək olar ki, başa çatdığını deyib: “Bizim üçün çətin bir mövsümdür. Düzünü demək lazımdırsa, çempionluq çox uzaqdadır. Bizim üçün mübarizənin bitdiyini inkar edə bilmərik. Növbəti ildə Çempionlar Liqasına qatılmaq uğrunda yarışmalıyıq. Mövsümün əvvəlindən bu qədər fərqin olmasına alışmamışıq”.
Qeyd edək ki, 46 xalla “Liverpul”un başçılıq etdiyi turnir cədvəlində “Mançester Siti” 32 xalla 3-cü yeri tutur.