Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2025 09:45
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Səidə Behbudova vəfat edib.
Sonxeber.net xəbər verir ki, S.Behbudova xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Səidə Behbudova 1973-cü ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasında müəllim, daha sonra dosent, 2000-ci ildən isə professor olaraq çalışıb. "Əməkdar müəllim" fəxri adına layiq görülüb. 2012-ci ildən ömrünün sonunadək Çukurova Universiteti Dövlət Konservatoriyasının "Fortepiano" ixtisası üzrə professor heyətində fəaliyyət göstərib./"Qafqazinfo"