Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2025 15:00
"İdman TV" gələn həftə start götürəcək İngiltərə Premyer Liqasının oyunlarını yenidən canlı yayımlayacaq.
Sonxeber.net xəbər verir ki, keçənilkindən fərqli olaraq, bu il yayım hüququ daha yaxşı şərtlərlə əldə edilib.
Ötən mövsüm tamaşaçılar Premyer Liqanın yalnız bir əsas oyununu seyr edə bilirdilər. Bu mövsüm isə bütün oyunların yayımlanması hüququ var.
Əlavə edək ki, uzun fasilədən sonra "İdman TV", həmçinin İspaniya La Liqasının oyunlarının eksklüziv yayım hüququna malikdir. La Liqanın oyunları da gələn həftədən start götürür.