Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəhvə ilə bağlı deyilənlər mif imiş

Qəhvə ilə bağlı deyilənlər mif imiş

Tarix: 8 Avqust 2025 07:09

Qəhvənin qan təzyiqini artırdığı ilə bağlı məşhur mif təkzib edilib.

Sonxeber.net xəbər verir ki, İspaniyanın La Razon nəşrinə danışan kardioloq Aurelio Roxas bu fikirin doğru olmadığını bildirib.

Mütəxəssisin sözlərinə görə aparılan tədqiqatlar qəhvə istehlakının demensiya (ağıl zəifləməsi) və idrak funksiyalarının azalması riskini azaldığını göstərib, lakin qan təzyiqinin yüksəlməsi ilə əlaqəsi tapılmayıb.

"Qəhvə mərkəzi sinir sistemini stimullaşdıran güclü maddədir. Ona görə də içəndən sonra insan özünü daha enerjili hiss edir, diqqəti artır və zehni yorğunluq azalır. Lakin bu təsirlər yalnız qəhvə normadan artıq qəbul edilmədikdə olur", - deyə Roxas bildirib.

Qeyd edək ki, daha əvvəl kardioloq Denis Sokolov aritmiya səbəbləri barədə danışarkən qeyd etmişdi ki, bu problem artıq çəki ilə də əlaqəli ola bilər.


Etiketlər:  Qəhvə ilə bağlı deyilənlər imiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ