Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanla “SpaceX” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib - FOTO

Azərbaycanla “SpaceX” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib - FOTO

Tarix: 8 Avqust 2025 12:52

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəfin ABŞ-də "SpaceX" şirkətinin vitse-prezidenti Stefani Bednareklə görüşü baş tutub.

Sonxeber.net xəbər verir ki, bu barədə M.Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, görüş Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində baş tutub.

"Görüşdə Azərbaycanın iqtisadi potensialı, strateji inkişaf istiqamətləri və əlverişli investisiya mühitini qeyd etdik.

"SpaceX" şirkəti ilə əməkdaşlıq perspektivləri, o cümlədən innovativ və kosmik texnologiyaların, süni intellekt həllərinin tətbiqi, bilik və təcrübə transferi sahəsində tərəfdaşlıq imkanlarını müzakirə etdik", - deyə paylaşımda qeyd edilib.


Etiketlər:  Azərbaycanla SpaceX şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ