Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2025 15:10
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda "Qarabağ" və Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında keçiriləcək cavab oyununa satılan biletlərin sayı açıqlanıb.
Ağdam təmsilçisindən Sonxeber.net-a verilən məlumata görə, artıq qarşılaşma üçün 14 min 500 bilet satılıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti, müvafiq olaraq, 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
Qeyd edək ki, iyulun 12-də oynanılacaq "Qarabağ" - "Şkendiya" görüşü saat 20:00-da start götürəcək. İlk matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.