Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2025 01:40
ABŞ Azərbaycan və Ermənistan arasında bugünkü tarixi sülh sazişini qeyd edir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio deyib. Bəyanatı Dövlət Departamenti yayıb.
"Prezident Tramp tərəfləri bir araya gətirdi və onilliklərdir davam edən qarşıdurmaya son qoyan razılaşmaya vasitəçilik etdi. Bu, hər iki ölkə üçün irəliləyiş və diqqəti Cənubi Qafqaz regionunun iqtisadi potensialının açılmasına yönəltmək üçün bir fürsətdir. Bu da Amerika xalqına, həm də Azərbaycan və Ermənistan üçün ticarət sövdələşmələri və rifah gətirəcək. Biz hər iki ölkəni yeni sülh dövrü münasibətilə təbrik edirik", - deyə Rubio bildirib.