Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bunları yeyənlər daha cazibədar olurlar

Bunları yeyənlər daha  cazibədar olurlar

Tarix: 9 Avqust 2025 05:06

Gündə beş dəfə meyvə və tərəvəz yemək sizi təkcə sağlam və arıq saxlamayacaq.

Sonxeber.net-ın məlumatına görə, tərəvəz və meyvə yeyənlərin sevgi həyatı da daha yaxşı olur. Çünki bunları yemək parıltılı, gülərüz bir simaya sahib olmağınıza kömək edir. Beləcə daha cəlbedici görünürsünüz. Gün ərzində beş dəfə tərkibində tərəvəzlər olan salat və ya meyvə yeməyiniz məsləhətdir.

Kembric Universitetinin mütəxəssisləri 20 qadın və kişi arasında sınaq keçirib. Onlar iştirakçıların fotolarını çəkərək hansının daha cəlbedici göründüyünü araşdırıblar. Çox meyvə və tərəvəz yeyən insanların daha parıltılı simaya sahib olduqlarını sübut ediblər. Əsasən də kök və ya digər sarı, narıncı rəngli tərəvəzlərdən istifadə edilməsi məsləhət görülür. Bu tərəvəz və meyvələr dəriyə qızılı rəng verir. Bronzlaşmış dəri daha sağlam və cəlbedici olur. /Axşam.az


Etiketlər:  Bunları yeyənlər daha cazibədar olurlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ