Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2025 09:50
Türkiyə sülh danışıqlarında zəruri iştirakçıya çevrilir. Ankara öz gücünə inanır, bəyan etdiyi məqsədlərə doğru addımlar atır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının tədbirində çıxış edərək bildirib.
Ərdoğanın sözlərinə görə, Türkiyə ona ehtiyac duyulduğu hər yerdə - Liviyadan tutmuş Azərbaycana qədər dost və qardaş xalqlara dəstək olub.
Türkiyə lideri ölkənin milli təhlükəsizliyi ilə bağlı çağırışlara diqqət çəkərək, vurğulayıb ki, "Türkiyənin yerləşdiyi bölgənin gələcəyində terrora yer yoxdur və ola da bilməz".
O, qeyd edib ki, terrorla aparılan mübarizənin onillikləri Türkiyə üçün 2 trilyon dollar iqtisadi ziyanla nəticələnib. "Ölkəmizin çox sayda vətəndaşı terror hücumları nəticəsində həyatının ən gözəl çağında həlak olub. Ailələr dağıldı, uşaqlar yetim qaldı", - deyə vurğulayıb.
Eyni zamanda siyasətçi qeyd edib ki, günü-gündən aydın olur ki, terror xəritəsi Türkiyə əleyhdarlarını istənilən nəticəyə yaxınlaşdırmır. "Əminəm ki, bu problemi aradan qaldırmaqla biz bütün regionun inkişafı üçün qapıları açacağıq", - deyə Türkiyə lideri bildirib.