Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2025 15:04
Millinin hücumçusu Ramil Şeydayevin "Neftçi"dəki taleyinə yaxın günlərdə aydınlıq gələcək.
Sonxeber.net xəbər verir ki, 28 yaşlı forvarda yeni təklif gəlməyib. Amma bu, gözlənilir. Bakılılar ötən ilin yayından bəri ağ-qara rəngli formanı geyinən forvardla yollarını ayırmağa hazırdır: ya icarə formasında, ya da birdəfəlik.
Paytaxt təmsilçisi yığmanın üzvünün mümkün satışından pul qazanmağı da planlaşdırmır. Təki real təklif göndərən olsun, danışıqlar aparmağa və şərtləri razılaşdırmağa hazırdırlar.
Şeydayev Polşa toplanışında iştirak edib, yoxlama görüşündə qol da vurub. Amma Samir Abasov onu əsas heyətdə görmür.
Baş məşqçi bunu rəhbərliyə təqdim etdiyi raportda da xüsusi vurğulayıb. O, Ramilin taktiki baxışlarına uyğun gəlmədiyi qənaətindədir.
"Zenit"in yetirməsini istəyən olmasa, nə baş verəcək? "Neftçi" üstündən xətt çəkməyəcək, adını iştirak ərizəsinə salacaq. /"Sportinfo"