Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messi ''Barbie'' saatı ilə gündəm oldu - FOTO

Messi ''Barbie'' saatı ilə gündəm oldu - FOTO

Tarix: 9 Avqust 2025 17:48

"İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messi bahalı və nadir saatı ilə diqqət çəkib.

Milli.az xəbər verir ki, Messi dəyəri təxminən 900 min dollar (1 milyon 530 min AZN) olan "Rolex Barbie" modeli saatı ilə gündəmə gəlib.

Bu unikal saat 18 karat sarı qızıldan hazırlanıb və üzəri çəhrayı sapfir qaşlarla bəzədilib. Maraqlıdır ki, "Rolex" şirkətinin rəsmi kataloqunda bu model yer almır və nadirliyi ilə seçilir.

Messinin "İnter Mayami" klubundakı illik gəliri isə 50-60 milyon dollar (85-102 milyon AZN) arasında dəyişir.


Etiketlər:  Messi Barbie saatı ilə gündəm oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ