Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2025 17:46
"Çelsi"nin və Portuqaliya millisinin yarımmüdafiəçisi Renatu Veyqa bu yay klubunu tərk edə bilər.
Sonxeber.net xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, London klubu 22 yaşlı futbolçunu transferə hazırlayıb və yarımmüdafiəçi üçün bütün təklifləri nəzərdən keçirməyə hazırdır.
Portuqaliyalı futbolçu keçən mövsümü "Yuventus"da 6 aylıq icarə əsasında başa vurub. Bu müddət ərzində o, 15 matçda iştirak edib və bir məhsuldar ötürmə edib.
Renatunun "Çelsi" ilə müqaviləsinin müddəti 2031-ci ilə qədərdir. "Transfermartk" onu 25 milyon avro dəyərində qiymətləndirir./Fanat.Az