Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2019 23:30
Bakı. Trend:
Dekabr ayının 12-də Sabunçu rayonu Nardaran qəsəbəsi “Ləhiş bağları” yeni yaşayış massivindəki 102 fərdi yaşayış evinə təbii qaz verilib.
"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, qazlaşdırma işlərinə bu ilin oktyabrın 1-də başlanılıb və qaz çəkilişləri üçün ümumilikdə 11 min metrdən çox müxtəlif diametrli polad borulardan istifadə edilib.
Qeyd edək ki, Bakı şəhərində 2019-cu ildə 22 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Onlardan 5-də qaz təchizatı həyəta keçirilib, 10-da iş tamamlanıb, 7-də isə qaz çəkilişləri davam edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin