Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABB kartı olanlar diqqət: Limitlər azaldıldı, faiz tutulacaq

ABB kartı olanlar diqqət: Limitlər azaldıldı, faiz tutulacaq

Tarix: 13 Avqust 2025 18:36

Azərbaycan Beynəlxalq Bankı (ABB) 11 sentyabr 2025-ci ildən etibarən TamKart və Azercell ko-brend kart sahibləri üçün yeni şərtlər tətbiq edəcək.

Sonxeber.net xəbər verir ki, əldə etdiyimiz məlumata görə ölkədaxili bütün kartlara köçürmə və istənilən ATM-dən nağdlaşdırma əməliyyatlarında 3 000 AZN-dək məbləğlər üçün komissiya tutulmayacaq. Lakin bu limiti keçən məbləğlərdə 1% komissiya tətbiq ediləcək. Minimum komissiya haqqı 1 AZN və ya ekvivalent valyutada müəyyən olunub.

Bankın öz kartları və hesabları arasında aparılan köçürmələr limitsiz və komissiyasız qalacaq.

Qeyd edək ki, dəyişikliklər yalnız TamKart və Azercell ko-brend kart sahiblərinə şamil olunur.


Etiketlər:  kartı olanlar diqqət Limitlər azaldıldı faiz tutulacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ