Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Geyimim kişiləri niyə narahat edir, anlamıram''

''Geyimim kişiləri niyə narahat edir, anlamıram''

Tarix: 13 Avqust 2025 23:20

Müğənni Nura Suri geyimini tənqid edən kişiləri qınayıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə ifaçı sosial media hesabında yazıb:

"Hər dəfə deyirəm ki, heç nəyə təəcüblənməyəcəyəm. Yenə də təəcüblənirəm insanların dərrakəsizliyinə, axmaqlığına. Beyin işlətməyən insanlardan zəhləm gedir.

Deməli, şəkil paylaşmışam səhnə aldığım məkandan. Geyimim səhnə üçün hazırlanıb. Ümumiyyətlə, feysbukda şəkil, video, klip nadir hallarda paylaşıram. Burada status yazmağa daha çox üstünlük verirəm.

Nə isə, şərhlərdə bir neçə "kişi" (feysbuk istifadəçisi) mənə yazılan xoş sözlərə ağızlarına gələni yazırlar. Əvvəlcə bir neçəsini sildim, sonra düşündüm ki, qalsın, başqaları da görsün, belələrini tanısın.

Mənim səhnə geyimim onları niyə narahat edir, anlamıram. Kişilərin utanmadan qadınların qeybətini açıq şəkildə etməsi, onların geyimini müzakirə etməsi ikrah hissi yaradır".


Etiketlər:  Geyimim kişiləri niyə narahat edir anlamıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ