Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev Trampa təşəkkür edib - FOTO

İlham Əliyev Trampa təşəkkür edib - FOTO

Tarix: 25 Avqust 2025 18:24

ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirirəm.

Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesabında paylaşım edib.

"Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm", - dövlət başçısı qeyd edib.
 


Etiketlər:  İlham Əliyev Trampa təşəkkür edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ