Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TƏBİB-in İdarə Heyətinin sədri “Nümunəvi Həkim Olmağa Doğru” VI Ankara Forumunda iştirak edib (FOTO)

TƏBİB-in İdarə Heyətinin sədri “Nümunəvi Həkim Olmağa Doğru” VI Ankara Forumunda iştirak edib (FOTO)

Tarix: 13 Dekabr 2019 14:08

Bakı. Trend:

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Türkiyədəki səfirliyi və Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyinin təşkil etdiyi “Nümunəvi Həkim Olmağa Doğru” VI Ankara Forumunda iştirak edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, forumun məqsədi Azərbaycan və Türkiyənin səhiyyədə əldə etdikləri uğurlar barədə informasiya mübadiləsi, bu sahədə əməkdaşlığın genişləndirilməsi yolları və təhsilin vəziyyəti, həmçinin müasir dünyanın səhiyyə problemlərini müzakirə etmək olub.

Tədbirdə Azərbaycanın Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi, Türkiyə Ali Təhsil Qurumunun (Türkiye Yüksek Öğretim Kurulu-YÖK) rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin vəkilləri, Bakıda fəaliyyət göstərən tibb müəssisələrinin rəhbər və həkim heyəti iştirak ediblər.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı çıxışında Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi və səhiyyə sahəsində aparılan islahatlar haqqında forum iştirakçılarına ətraflı məlumat verib.

İki gün davam edən tədbir rəsmi hissə, panellər və bədii bölmədən ibarət olub. Panellər “Azərbaycanın səhiyyə sistemində və tibbi təhsildə yeniliklər”, “Türkiyədə təhsil alan və çalışan azərbaycanlı həkimlərin problemləri və həllinə dair təkliflər”, “Tibdə elmi araşdırma və nəşrlər”, “Azərbaycanda mütəxəssis həkimlər üçün iş və karyera imkanları”, “Xaricdə təhsil və karyera fürsətləri” və digər əhəmiyyətli mövzuları əhatə edib.

Forum başa çatdıqdan sonra TƏBİB-in nümayəndə heyəti Azərbaycanlı Həkimlər Dərnəyinin idarə heyəti ilə qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə görüş keçirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

TƏBİB-in İdarə Heyətinin sədri “Nümunəvi Həkim Olmağa Doğru” VI Ankara Forumunda iştirak edib (FOTO) TƏBİB-in İdarə Heyətinin sədri “Nümunəvi Həkim Olmağa Doğru” VI Ankara Forumunda iştirak edib (FOTO) TƏBİB-in İdarə Heyətinin sədri “Nümunəvi Həkim Olmağa Doğru” VI Ankara Forumunda iştirak edib (FOTO) TƏBİB-in İdarə Heyətinin sədri “Nümunəvi Həkim Olmağa Doğru” VI Ankara Forumunda iştirak edib (FOTO)


Etiketlər:  TƏBİB İdarə Heyətinin sədri Nümunəvi Həkim Olmağa Doğru Ankara Forumunda iştirak edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ