Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''da dəyişikliklər olmalıdır və olacaq'' - Qurban Qurbanov

''Qarabağ''da dəyişikliklər olmalıdır və olacaq'' -  Qurban Qurbanov

Tarix: 14 Dekabr 2019 18:48

2019-cu il üçün Azərbaycanda ilin məşqçisi seçilən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırma mərasimindən sonra Qol.az-ın da müxbirinin iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Bu il həm komanda, həm də özünüz üçün nə dərəcədə uğurlu oldu?

- Əvvəlcə hər birinizə təşəkkür edirəm. Biz ötən il qarşımıza məqsəd qoymuşuq ki, Azərbaycan çempionu olaq. Şükürlər olsun ki, bunu əldə etdik. Sonra isə Çempionlar Liqasının ən azı pley-off mərhələsinə kimi irəliləməyə düşünürdük. Bunu əldə edə bilmədik. Amma ən azından Avroliqanın qrup mərhələsinə düşdük. Bu, qarşımıza qoyulan minimum hədəf idi. Şükürlə olsun, buna nail olduq. Sadəcə qrup mərhələsinə düşdükdən sonra hər il olduğu kimi istəyimiz daha da çoxalır. Və həmin turnirdə ən azı 2-ci yeri tutub, digər mərhələyə keçmək istəyirdik. Alınmadı. Amma düşünürəm ki, bunu əldə etmək heç də asan deyil. Sonda istər-istəməz uğursuzluq kimi göründü. Buna baxmayaraq, mən hər bir fikrə hörmətlə yanaşıram. Klub olaraq arzumuz odur ki, ildən-ilə dəyişiklik olsun, bir addım irəli gedək, uğurumuz daha yaxşı olsun. Amma biz həvəsdən düşmürük. Çalışırıq ki, hər il daha yaxşısını edək. Ona görə də daha çox güc sərf edirik. Bilirsiniz, futbol kollektiv oyunudur. İstər-istəməz kiçik nüanslar var. Hansı ki, onları tam istədiyimiz kimi əldə etmək olmur. Amma hər bir halda düşünürəm ki, komandamız üçün heç də pis il alınmadı. Bu turniri öz azarkeşlərimizə hiss etdirdik. Onlar bunun canlı şahidi oldular. "Sevilya" kimi komanda Bakıya gəldi. Biz səfərdə onlara qarşı yaxşı oynadıq. Düşünürəm ki, ən azı ötən ilki vəziyyətimizi qoruyub, salxaya bildik. Hər bir halda biz bunu həm klub rəhbərliyi, həm bütün futbolçularımızla, işçilərimizlə birgə bacardıq. Hər birinə təşəkkür edirəm ki, çətin bir ili belə kiçik uğurla da olsa, arxada qoya bildik.

- Bayaq qeyd etdiniz ki, uğursuzluq baş verə bilər deyə davamlı qorxu olur. Geridə qalan il ərzində hansı periodda bu qorxunu daha çox hiss etdiniz?

- İnanın ki, bunu hər il hiss edib, düşünürəm. Çünki hamımız futbolla maraqlanırıq. Hamınız Avropa futboluna baxırsınız. Görürsünüz ki, böyük klublar, böyük məşqçilərin də uğuru davamlı olmur. Mən həmişə "Barselona"nı misal gətirirəm. Onlar  Qvardiolanı vaxtında 5 il ərzində 2 dəfə Çempionlar Liqasını qazandılar. 5 ilin hamısında ölkə çempionu ola bilmədilər. 3 dəfə çempion oldular. Sonra Qvardiola komandadan ayrıldı.  Beləcə çox misallar çəkmək olar. O Cümlədən "Real"ın, Kloppun adını çəkmək olar. Mən buna normal yanaşıram. Amma mənim həqiqətən ehtiyat ehtiyat etdiyim odur ki,  bu, hər bir məşqçinin başına gəlir. Biz öz səviyyəmizdə uğursuzluqla qarşılaşa bilərik. Bu da məni narahat edir. Dediyim kimi, hər il və hər turnirdən öncə eyni şeyi hiss edirəm. Çempionatda bir cür, qrup mərhələsində bir cür hiss edirəm. Əlbəttə ki, istəməzdim ki, bununla qarşılaşım. Amma mən həmişə ehtiyat etmişəm və həmişə də buna hazır oluram.

- Mətbuat konfransında nəsil dəyişmə məsələsi ilə bağlı sizə sual verildi. Yəni, Avroliqanın son oyununda İsmayıl İbrahimli, Şahruddin Məhəmmədəliyev əsas heyətdə oldu. Biz Musa Qurbanlını nə vaxt heyətdə görə bilərik? Avroliqa olmasın, çempionat oyunu olsun.

- Bəli, o sual mənə verildi. Mən də bildiridim ki, bu, böyük bir riskdir. Əgər biz daim avrokubokda çıxış etmək istəyiriksə, birdən-birə bu riskə gedə bilmərik. Bəlkə, belə bir dəyişikliklər olsa, heç də pis alınmaz. Amma hər bir halda hazırkı heyəti qoruyub-saxlamağa çalışmalıyıq. Əlbəttə ki, bir neçə dəyişikliklər olmalıdır və olacaq. Amma hər bir halda biz əgər bu yola getmişiksə, Avroliqanın iştirakçısı olmaq istəyiriksə, bəzi risklərdən qaçmalıyıq. Qaldı cavanlara, bəli, İsmayıl İbrahimli əsas heyətdə oynadı. Şahruddin düşünürəm ki, illərdir bu turnirdə iştirak etməyə layiqdir. Səhv etmirəmsə, ilk oyunu idi. Çox işgüzar, bacarıqlı bir qapıçıdır. Sadəcə biz qapıçı dedikdə onun boyuna həddindən artıq çox önəm veririk. Buna görə belə amillər məni ehtiyatlanmağa vadar edir, bu addımı atıram. Amma "Düdelanj"la matçda itiriləcək bir şey yox idi. Əlbəttə ki, daha çox pul qazana bilərdik, son matç idi, qalibiyyətlə bitirə bilərdik. Amma yenə də düşünürəm ki, xal qazanmasaydıq və ya qalib gəlsəydik, fikirlər eyni olacaqdı. Uğursuzluq kimi danışılacaqdı. Hər bir halda görürsünüz ki, neçə il bundan əvvəl heyətdə birdən-birə çox dəyişikliklər etdik. Bir misal gətirmək istəyirəm. Biz Qara Qarayevi səhv etmirəmsə, 18 yaşında "Brügge" ilə oyunda səfərdə əsas heyətə daxil etmişdik. Hətta, 60-70-ci dəqiqədə ayağında qıcolma tutmuşdu. Bu, sadəcə onun hazırlıqsızlığından yox,  həyəcanından idi. Düşünürəm ki, gəncləri birdən-birə böyük qarşılaşmalara çıxarmaq düzgün olmaz. Ona görə də hissə-hissə, dəqiqə-dəqiqə düzgün olaraq onlardan istifadə etməyə çalışmalıyıq. Bizim digər gənc oyunçularlmız da var. Hətta, ilk 18-likdə gənc futbolçumuz var -Tural. Həqiqətən çox istəyirdim ki, matçda iştirak etsin. Amma oyun elə getdi ki, futbolçuya görə bir az ehtiyat etdim. İstər-istəməz məğlub olanda futbolçu daha çox gərgin, həyəcanlı olur. O ki qaldı Musa Qurbanlıya, tələsmək lazım deyil. Bizim cavan futbolçularımız var. Hərənin öz vaxtı, hazır olma müddəti var. Biz onları vaxtında meydana buraxmalıyıq. Mənimçün futbolda oğul, qardaş, bacıoğlu yoxdur. Amma hər bir halda bir az oğlum olduğuna üçün mənim prinsiplərimə görə gec meydana buraxılır. Digərlərinə üstünlük verirəm, nəinki Musaya. Amma öz üzərində həqiqətən də çox çalışır. Əlbəttə ki, biz qarşısını kəsməyəcəyik. Oğlum olsun və ya digərləri olsun. Bir neçə gənc oyunçularımız var, hansı ki, Avstriyadakı  hazırlıqdan bəri komanda ilə məşqlərdə olurlar. Hətta, bəzilərini yoldaşlıq görüşlərinə də buraxmışdıq. Beləcə iş gedir. Düşünürəm ki, bir neçə ilə "Qarabağ"ın 3-4 yaxşı, bacarıqlı futbolçusu olacaq.

- Uzun müddət millinin futbolçusu olmusunuz. 1 il də baş məşqçisi kimi çalışmısınız. Bu ötən ildə millinin fiaskosunu nə ilə əlaqələndirərsiniz və gələcək baş məşqçinin yeri olmasını istəyərdiniz, yoxsa əcnəbi?

- Mənim fikir bildirməyim bir az düzgün olmaz. Mən nə fiasko, nə də kimin gəlib-gəlməyəcəyi haqda danışmaq istəmirəm. Çünki bir yerli olaraq milli komandada işləmişəm. Azərbaycanlı olaraq futbolçu kimi oynamışam. Bu gün də İcraiyyə Komitəsinin üzvüyəm. İcraiyyə Komitəsində müzakirələr bir az gizli olur. Burada hər hansı bir fikir bildirsəm, uyğun olmaz. Və daha çox da yığmada baş məşqçi olmuşam deyə hər hansı bir fikir bildirmək düzgün olmaz. Hər bir halda hamınız bizdən, "Qarabağ"dan daha çox şey gözləyirsiniz. Biz də milllidən daha çox şey gözləyirik. Ümumən bu, futbol prinsipləridir.

- İctimaiyyətdə belə bir fikir var ki, milli komandada olduğunuz müddətdə istədiyiniz şərait yaradılmadı və işləməyinizə maneələr oldu. Millidən ayrılandan sonra siz nə qədər sussanız da, qarşı tərəf davamlı olaraq 2 cəbhədə çatdırmadığınızı və qarşılıqlı razılaşma ilə yığmadan ayrıldığını dedi. Bu situasiyada bir növ qarşı tərəf daha müsbət görünür. Konkret olaraq sizin millidən ayrılmağınız 2 cəbhədə çatdırmamağınızla bağlı idi, yoxsa başqa nüanslar var?

- Mən ümumiyyətlə, futbolda heç vaxt özümü ayırmağı istəməmişəm. Biz hamımız azərbaycanlıyıq, futbolumuzun inkişafı üçün çalışırıq. Ayrılmaq dedikdə siz əvvəldən də bilirsiniz ki, bizim uzunmüddətli- 6 illik danışığımız olmuşdu. Düzdür, müqavilə əsaslı olaraq 3 illik idi, amma ümumən 6 illik proqramımız vardı. Sadəcə sonda belə məsləhət bildilər. Düzdür, bu haqda çox danışmaq istəmirəm. Ayrılmağımız məsləhət görüldü. İcraiyyə Komitəsi iclas keçirdi. Bilirsiniz ki, mən o iclasda iştirak etmədim. Bu, hamı üçün belədi. Dünən də Yurçeviç iclasda iştirak etmədi. Amma sonradan gəlib, öz fikirlərini bildirdi. Yəni, mən həmin an iclasda iştirak etmədim. Sonradan əlbəttə ki, öz fikirlərini bildirdilər ki, yollarımızı ayırdıq. Normal qarşıladım. Amma ikili razılıq deyəndə, biz bir yerdə çalışmayacaylq deyəndə mən razılaşıramsa, bu, ikili razılıq olur. Yəni, İcraiyyə Komitəsi qərar qəbul etdi ki, mənimlə davam etməyəcəklər. Mən də hər biri ilə görüşdüm, təşəkkür etdim. Çünki bu, bizim iş prinsiplərimizdən biridir. Bu gün yenə o insanlarla üz-üzə otururam. Futbolumuzu müzakirə edirik. Bunu çox normal qarşılayıram. İctimaiyyətdə hansı fikirlərin olduğunu bilmirəm. Mən ayırmaq istəmərəm. Çünki dediyim kimi, hamımız futboluçuz üçün çalışırıq. Burada bir mövzu var - futbol. Hansı ki, daha tez inkişafını istəyirik. O ki qaldı suala, mən çıxdım, gəldim,  yollar ayrıldı.

Nuriyə ZEYNALOVA

 


Etiketlər:  Qarabağda dəyişikliklər olmalıdır olacaq Qurban Qurbanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ