Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur olimpiya çempionu vəfat edib

Məşhur olimpiya çempionu vəfat edib

Tarix: 15 Dekabr 2019 05:28

Bakı. Trend:

SSRİ yığma futbol komandasının oyunçusu, 1956-cı il Melburn Yay Olimpiya Oyunlarının qalibi Yuri Belyaev 86 yaşında vəfat edib.

Trend-in məlumatıma görə, Moskvanın Mərkəzi Ordu İdman Klubunun (ЦСКА) mətbuat xidmətinin xəbərində deyilir: "Bu gün, Melburnda 1956-cı il Olimpiya Oyunlarının çempionu, Mərkəzi Ordu İdman Klubunun tərkibində 1955-ci il SSRİ Kubokunun qalibi Yuri İvanoviç Belyaev vəfat edib. Məşhur futbolçunun ailəsinə və yaxınlarına başsağlığı veririk".

Karyerası ərzində hücumçu kimi çıxış edən Belyaev Mərkəzi Ordu İdman Klubunun tərkibində üç dəfə SSRİ çempionatının bürünc mükafatçısı olub (ölkə çempionatlarında 111 oyun keçirib, 52 dəfə fərqlənib).

1991-ci ildə SSRİ-nin əməkdar idman ustası adına layiq görülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Məşhur olimpiya çempionu vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ