Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyada 54 min nəfər təxliyyə olundu - SƏBƏB

İtaliyada 54 min nəfər təxliyyə olundu - SƏBƏB

Tarix: 15 Dekabr 2019 16:46

İtaliyanın Brindizi şəhərində İkinci dünya müharibəsinə aid bomba tapılıb.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhərin 54 min əhalisi təxliyyə olunub. Bunun üçün hüquq-mühafizə orqanlarının 1000-dək əməkdaşı və 250 nəfər könüllü iştirak ediblər.

Bomba "Andromeda" kinoteatrının ərazisinin genişləndirilməsi üçün aparılan tikinti işləri zamanı aşkarlanıb. Partlayıcı vasitə şəhər kənarına çıxarılaraq bazar ertəsi zərərsizləşdiriləcək.


Etiketlər:  İtaliyada nəfər təxliyyə olundu SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ