Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2019 18:00
Koko Şanel deyirdi ki, dəb gedir, lakin stil qalır. Dəb və fərqlilik deyəndə isə ağıla məşhurların biri-birindən cazibədar, qlamur libasları və gözqamaşdıran aksesuarları gəlir.
Bizim şou əhlinin pal-paltarlara düşkün olması da heç kimə sirr deyil.
Sonxeber.net oxu.az-a istinadən ulduzların ətək-ətək xərclədiklərini, bahalı geyimləri və aksesuarlarının hansı brendə məxsus olmasını və dəyərini təqdim edir:
Özünəməxsus "şamplena" imici ilə hər zaman diqqətləri öz üzərinə cəmləməyi bacaran Xalq artisti Aygün Kazımova yenə də ənənəsinə sadiq qalıb. Pop diva qatıldığı tədbirdə qara rəngli qısa sinə dekolteli 7650 manatlıq libası ilə göz qamaşdırıb. Kazımovanın saçaqlı əlbisəsi "Afffair.fff" brendinə aiddir.
Azərbaycanı 2010-cu ildə "Avroviziya" beynəlxalq mahnı yarışmasında "Drip-drop" mahnısı ilə təmsil edən, ailə həyatı qurduqdan sonra ifaçılıq karyerasını bitirən Səfurə Əliyeva (Əlizadə) dəblə geyinən məşhurlardandır. Onun əyninə geyindiyi dəri gödəkçənin markası "Acnes studiya"ya məxsusdur. Qiyməti 3060 manatdır.
Klassik, eləcə də sport tərzinə üstünlük verən Səfurənin bir başqa obrazı da kifayət qədər bahalı və rəngarəngdir. Səfurə sadə geyimini dəyəri 1079 manatlıq "Balenciaga" markasına aid olan çanta, "Alexander McQueen"dən 672 manatlıq ayaqqabı, "Hermes" brendinə məxsus qiyməti 1130 manatlıq kəmərlə bəzəyib.
Dodaq uçuqladan qiymətə qarderobunu zövqlü əşyalarla zənginləşdirənlər sırasında Türkiyədə müğənnilik fəaliyyətini uğurla davam etdirən Günel Zeynalova da (Azəri qızı Günel) var.