Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Balıqçılıq üçün qışda və yayda ən yaxşı 10 ölkə - FOTO

Balıqçılıq üçün qışda və yayda ən yaxşı 10 ölkə - FOTO

Tarix: 15 Dekabr 2019 20:50

Planetimizin böyük bir hissəsi su ilə örtülüdür. Bu, balıqçılar üçün çox gözəl və tükənməyən imkanlar yaradır. Lakin hansı ölkənin həmin məqsədlə daha əlverişli olması sualına cavab vermək kifayət qədər çətindir. Axı hər şey sizin balıqçılıqda kəmiyyətə və ya keyfiyyətə üstünlük verməyinizdən asılıdır.

Milli.Az AZƏRTAC-a istinadən balıqçılıq üçün ən əlverişli, balığın ən çox olduğu və keyfiyyətinin daha yaxşı hesab edildiyi 10 ölkəni sizə təqdim edir.

10. Keniya

Bu ölkədə bütün ilboyu balıq tutmaq üçün münbit şərait var.

Keniya təkcə mükəmməl safari turları ilə deyil, həm də dünyanın ən ecazkar gölləri və balıqçılıq imkanları ilə şöhrət tapıb. Malindi liman şəhərinin yaxınlığındakı sularda, Keniyanın mərkəzi sahilboyu ərazisində balıqçılara bir gündə planetdə nadir rast gəlinən altı növ balıq tutmaq imkanı verilir. Onların arasında 3 növ - göy, zolaqlı, və qara marlin, yelkənli balıq, qılınc-balıq, həmçinin qısaqanadlı nizədaşıyan balıq var.

9.Panama

Bu ölkədə də bütün ilboyu balıq tutmaq mümkündür. Hərçənd, yağış mövsümündə sahilboyu ərazi yetərincə rütubətli olur.

Bu isti ölkədə çoxlu sayda balıqçı kurortları və Loc Paradayz Fişinq, Loc Sport Fişinq və s. kimi ekoloji otellər var. Onların ərazisində müxtəlif növ balıqçılıq üçün kater çeşidləri mövcuddur.

Panama sularında okeanın ən sürətli və heyrətamiz balığı olan qızıl markel üzür. Bundan başqa, tikanlı pelamida, kubera, ruster və digər növ balıqlara rast gəlinir.

Panama turistlərə xidmətin keyfiyyət göstəricilərinə görə də balıqçılar üçün ən yaxşı ölkə sayılır. Burada iri balıq növləri də çoxdur.

8. Kuba

Bu ölkədə balıqçılıq üçün ən yaxşı mövsüm apreldən sentyabradək olan dövrdür. Sentyabrda fırtınalar mövsümü başlayır ki, bu da balıqçılığı riskli idman növünə çevirə bilər.

Azadlıq adasının coğrafi mövqeyi balıqçılıq üçün idealdır: Florida və Baham adaları balıq növlərinin yayılması və tranzitinin qarşısında ekoloji baryer rolunu oynayırlar, Kuba sularındakı balıqlar həmin ərazilərə keçə bilmir. Eyni zamanda, böyük okean axınları balıqların miqrasiya marşrutları ilə birləşir ki, bu da dəniz canlılarının rəngarəngliyinə səbəb olur.

Kubanın şimal sahilində çoxlu yelkən balığı, qılınc-balıq, durna balığı və tikanlı balıq var. Ernest Heminquey vaxtilə öz vaxtını keçirdiyi və özünün ən yaxşı hobbisi ilə məşğul olduğu Kayo-Gilyermo sahilində balıqçılar üçün çox gözəl perspektiv açılır.

Yeri gəlmişkən, mayın sonunda və iyunun əvvəlində Havanadakı "Marina Heminquey" elit kompleksində Ernest Heminqueyin xatirəsinə həsr olunmuş balıqçılıq turniri keçirilir. Turnir iştirakçıları göy marlin balığının tutulması üzrə yarışda iştirak edirlər.

7.Baham adaları

Bu adalarda mart-iyun ayları balıqçılıq üçün ən əlverişli dövr sayılır. Yayın sonunda və payızın əvvəlində isə geniş vüsət alan fırtınalar sizin balıqçılıq planlarınızı poza bilər.

Baham arxipelaqının təmiz suları, minlərlə mərcan qayaları və sualtı dünyanın nəhəng biomüxtəlifliyi bu əraziləri balıqçılıq, o cümlədən sualtı səyahət üçün əlverişli məkana çevirir. Burada tunes, göy və qara marlin, dabanbalığı və ş. dəniz canlılarına rast gəlmək olar.

Baham adalarında balıqçılıq üçün ən yaxşı məkan böyüklüyünə görə ikinci ada olan Böyük Abako, habelə Lonq-Aylenddir.

Bu adalarda çoxlu sayda balıqçı komaları və balıqçılara xidmət edən, onlara yerli şəraitə yaxşı bələd olan bələdçilər verən kurortlar fəaliyyət göstərir. Lakin nəzərə almaq lazımdır ki, Baham adalarında təkcə tilovla balıq tutmağa icazə verilir. Müvafiq icazəni isə, birbaşa gömrük məntəqəsində almaq olar.

6.Bermud adaları

Bu adalarda balıq tutmaq üçün ən əlverişli mövsüm iyundan avqusta qədər olan dövrdür. Həmin vaxt dənizdə böyük balıq axını olur.

Bermud adaları özünün heyrətamiz çimərlikləri ilə, qeydi-adi dayvinq, qolf oyunu, restoranları və əlbəttə ki, balıqçılıq üçün gözəl imkanları ilə tanınır.

Bermud sularında göy və ağ marlin balıqları, sarıleyləkli tunes, dəvə balığı və saysız hesabda digər balıq növləri mövcuddur.

Bu ərazilərdə balıqçılıqla məşğul olan ən yaxşı məkan Balina körfəzidir. Bu sakit çimərlik çəhrayı qumu, şəffaf suyu və günəşin qürubu mənzərəsi ilə məşhurdur.


Etiketlər:  Balıqçılıq üçün qışda yayda ən yaxşı 10 ölkə FOTO


RƏYLƏR