Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 16:24
“Neftçi”nin kemiş vitse-prezidenti, sabiq FİFA referisi Tahir Süleymanov Azərbaycan millisi ilə bağlı Feysbuk statusunda paylaşım edib.
Qol.az xəbər verir ki, o, yazıb:
"Azərbaycan millisinin daha böyük nəticələr qazanması üçün hər bir şərait var". Son günlər, həftələr Yurçeviç, Sopiç, Venelit, Prosineçki, futbol məmurlarının hər çıxışları, açıqlamaları ayrı-ayrılıqda geniş araşdırma, təhlillər tələb edir. Hələ ki, qısa münasibətlə kifayətlənək.
Prosineçki "daha uğurlu (böyük) nəticələr" deyəndə nəyi nəzərdə tutur, Yurçeviçin bir xalını?! Yaxşı "sağma ferması" tapıblar, biri gedir, digəri gətirilir. Bir milyona bir xal, indi də əvvəlki illərdə olduğu kimi maksimum "rekord" xallarla olar ilinə 2-3 milyon. Dollar, avro, manat yox.
Nəticə - final mərhələsidi! Bir də ki, Prosineçkinin dünənə qədər çalışdırdığı millini pley-off oyunları, final mərhələsinə şans gözləyir. Daha keyfiyyətli futbolçularla daha böyük nəticələr lazım olmadı?!.
Vaxtilə Azərbaycanda olanda "Bursaspor"dan yağlı tikə iyi gəldi, indi də yenidən geridönüş, Bakı iyi... "Azərbaycan millisinin daha böyük nəticələr qazanması üçün bütün şərait var" deyəndə... Qazanaydız, əl-qolunuzdan tutan var idi?!.
Hələ ki, müqavilə bağlanana kimi "nağıllar" lazımdır. Sonda danışılacaq yeni "nağılların" zamanı deyil. "Başların futboldan başı çıxmır", "əlimin altında "Real", "Barselona"nın futbolçuları yoxdur", "futbolçu yetişmir", "uşaq futbolu bərbad vəziyyətdədi", və sair...
San Marino, Cəbəllütariq kimi rəqiblər üzərində "rekord" xallar və bir qədər "bəxtin" gətirməməsi təbliğatı ilə 1-2 ilin yola verilməsi günləri heç də uzaqda deyil. Əsas, ciblərə növbəti 3-5 milyonun axıdılmasıdır.
15 ilə Torres, Foqts, Prosineçki, Yurçeviç və yerli baş məşqçilər. İndi də yenidən əcnəbi...
Bu illər ərzində nə dəyişib?! Dəyişən futbol deyil, güzəranlardı.
Azərbaycan futbolunun problem(lər)i baş məşqçi məsələsi deyil!
Növbəti "nağıllar" aləminə davam...”