Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 16:40
Dünyanın müxtəlif ölkələrində ən azı 135 tennisçi sövdələşmiş matçlara qarışmaqda suçlanır.
Sonxeber.net ZDF-ə istinadən bildirir ki, Belçika, İspaniya, Fransa və ABŞ-dan olan mütəxəssislərdən ibarət beynəlxalq istintaq qrupunun gəldiyi nəticə belədir.
Sövdələşmiş matçlarla bağlı istintaq hələ başa çatmayıb. Yekun nəticələr bir neçə ay sonra açıqlanacaq.
Şübhəlilər arasında Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) versiyası üzrə dünyanın 30 ən yaxşı tennisçisi siyahısında yer alanlar da var.
Die Welt-in yaydığı xəbərə görə, onların arasında alman tennisçi Maks X. da var. O, istintaqla əməkdaşlıq etsə də, şərh verməkdən boyun qaçırır.
Tennisdə stavkalarla manipulyasiyalar sisteminin təşkilatçısı Avropa Birliyi ölkələrində fəaliyyət göstərən erməni mafiyasıdır.
Belçikanın Federal Prokurorluğundan verilən məlumata görə, sövdələşmiş matçlara ümumi məbləği on minlərlə avro təşkil edən yüzlərlə kiçik stavkalar olunub.
Erməni mafioz qrupuna tennisçilərlə əlaqələr quran adamlar və çirkli pulların yuyulmasına cavabdeh şəxslər də daxildilər.