Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Oyun ürəyimi açmadı'' - Bordin

''Oyun ürəyimi açmadı'' - Bordin

Tarix: 16 Dekabr 2019 20:50

“Nəticə neqativdir. Oyun ürəyimi açmadı. İlk dəqiqələrdən qol vurmaq istəyirdik. Daha az risk etməliydik. Bilirdik ki, rəqib müdafiəyə meylli olacaq. 5 müdafiəçi ilə oynadılar. İlk hissədə çox qol imkanımız olmadı. Çünki rəqib çox qapanmışdı. İkinci hissə imkanlarımız çox oldu. Tural Axundovun epizodunda hesabı bərabərləşdirə bilərdik".

Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sumqayıt”a 0:1 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.

"Səhvimiz ondan ibarət idi ki, futbolçular tələsirdi, çox səbrsiz davranırdılar. Tələskənlikdən narazı qaldım. İkinci hissə buna görə qapımızda qol görə bilərdik. Oyunçular çox səbrsiz davranırdılar. Səbrli olduqda, topa nəzarət edəndə rəqibə çətinlik yarada bilirdik" - deyə o bildirib.

R.Bordin üstünlüyün rəqibdə olduğunu vurğulayıb: Səfərdə qalib gəliblər. Bu oyuna nəzər yetirdikdə bəzi məqamlar var ki, hər oyunçu üçün dərs olmalı, ondan nəticə çıxarmalıdılar. Bu oyunda qol imkanları dəyərləndirə bilmədilər deyə, növbəti oyunda cüzi imkanları da dəyərləndirməlidirlər”.

 


Etiketlər:  Oyun ürəyimi açmadı Bordin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ