Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tehranda hava çirkliliyi səbəbindən məktəblər bağlanıb

Tehranda hava çirkliliyi səbəbindən məktəblər bağlanıb

Tarix: 16 Dekabr 2019 21:04

Tehranda havanın həddən artıq çirklənməsi ilə əlaqədar məktəb və uşaq bağçalarına ikigünlük tətil elan edilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Tehran bələdiyyəsi havanın daha da çirklənməsinin qarşısını almaq məqsədilə dizel və maye qaz yanacağı ilə işləyən iri yük maşınlarının şəhərə daxil olmasını qadağan edib. Bununla yanaşı inşaat işlərinin aparılması da müvəqqəti olaraq dayandırılıb.

Tehran bələdiyyə sədrinin müavini Məhəmməd Tağızadə əhaliyə müraciət edərək ehtiyac olmadığı təqdirdə küçəyə çıxmamağı tövsiyə edib. O qeyd edib ki, hava çirkliliyi normanı bir neçə dəfə aşıb.


Etiketlər:  Tehranda hava çirkliliyi səbəbindən məktəblər bağlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ