Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bir komanda ilə 6 dəfə oynamaq bezdiricidir" - Rəşad Sadiqov

Tarix: 17 Dekabr 2019 00:23

"Keşlə"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Azərbaycan kubokunun 1/4 final mərhələsində "Qarabağ"a 0:1  hesabı ilə məğlub olduqları matçdan sonra Qol.az müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Oyun bizim üçün ağır oldu. Çünki bilirsiniz, "Qarabağ" neçə ildir ki, çempion olur. Şablon söz sayılmasın, yaxşı, oturuşmuş komandadır. Komandamızın əsas çətinliyi süni ot örtüyündən sonra təbii ot örtüyü olan stadiona çıxması idi.  Özümüz də bunu hiss edirik, 2-ci dəfədir burada oynayırıq. Futbolçuların ayaqlarına və qaçmaqlarına çətinlik yaradır. Bundan əvvəl ancaq təbii ot örtüyündə məşq edirdik - Bakı Olimpia Stadionunda, "Dalğa Arena"da. O  məkanlarda daha rahat olurdu. Amma 3 həftədir ki,  yalnız süni ot örtüyündə məşq edirdik. Bizim öz meydançamız da süni ot örtüyü ilə olduğuna görə həddindən artıq ağır gəlir. Oyun da çox çətin keçdi. Buna baxmayaraq 0:1  hesabı elə də pis sayılmaz. Bundan sonra evdə oynayacayıq. Nə qədər çətin olsa da, mərhələni keçməyə çalışacağıq.

- Cavab oyununda qollu  heç-heçə də rəqibə görə sərfəli nəticə olacaq. Qalib gəlmək üçün nə etmək fikrindəsiniz?

-  Qələbə qazanmaq üçün, təbii ki, ancaq qol vurmaq lazımdır. Heç-heçə  istər qollu olsun, istərsə də qolsuz olsun,  yenə də bizim üçün sərfəli deyil. "Qarabağ"ı  məğlub etməliyik. O da asan olmayacaq. Bunu hamımız bilirik, dərk edirik. "Qarabağ"  da yorğundur, psixoloji vəziyyətləri qənaətbəxş deyil. Çalışacağıq ki, öhdəsindən gələk.

- Mərkəz müdafiəçiləri ilə bağlı problem var. Flores növbəti növbəti matçda meydanda ola biləcək,  amma Boyeviç yenə də yoxdur. Bu, sizin üçün nə dərəcədə çətindir?

- Düzdür, oyunçu çatışmazlığımız da var. Komandamıza kömək edəcək ehtiyyat oyunçularımız da azdır. Bunu özümüz də bilirik, rəhbərlik də bilir. Qış fasiləsini gözləyirik, yəqin ki heyətimiz gücləndiriləcək. Müdafiəçilərin olmamağına gəldikdə isə, özünüz də şahidi oldunuz, biri zədələndi, digəri qırmızı vərəqə ilə cəzalandırıldı. 3-cü sırada olmağımızda onların də əziyyəti çox olub.

- Çempionat oyununda "Qarabağ"la yaxşı mübarizə aparmışdınız- 2:2 hesablı heç heçə etmişdiniz. Ən azından motivasiya olaraq sizə təsir edir ki, qol vurub, keçə bilərsiniz?

- Azərbaycan çempionatında hər komanda ilə yaxşı oyun göstərmək mümkün olur. Bunu hərkəs yaxşı bilir ki, "Qarabağ" heyətinə görə bütün rəqiblərindən güclüdür. Sadəcə motivasiya yaxşı olduqdan sonra oynamaq daha da yaxşı olur.

- Digər görüşdə "Sumqayıt" "Neftçi"ni məğlub etdi. Orada da sürpriz nəticə ola bilər. Bəs, burada necə, belı bir şey gözləmək olar?

- Bəlkə də çempionatda 4 ən yaxşı formada olan komandanın hamısı bu səbətdədir. Bu püşkatma barədə heç nə deyə bilmərəm. Bütün dünyada da bu belədir ki, 1-ci və 2-ci yerdəki komandalar- məsələn,  "Real" və  "Barselona"nı bir tərəfdə olur, digərləri isə başqa tərəfdə. Daha sonra isə püşk atılır.  Amma bizim püşkatmada 8-i də bir tərəfdə atılıb deyə, 4-ü bir tərəfə düşüb. Doğurdan da hər kəs istəyər ki,  "Real" və "Barselona", "Fənərbaxça" ilə "Qalatasaray" finalda görüşsünlər. Amma bizdə isə məsələn, kimsə "Neftçi" -  "Qarabağ" qarşılaşmasını  finalda görmək istəyir.  Yarımfinalda 2-si də çıxsa belə, biri artıq görünməyəcək. Bu, düzgün bir şey deyil.  Məncə,  reytinqə görə püşk atılmalıdır. 4 komanda haqqında isə "Sumqayıt" yaxşı formadadır, "Neftçi"nin heyəti bəllidir, həmçinin  "Qarabağ"ın da. Biz də pis oynamadıq. Doğurdan da yaxşı çıxış etdik. Amma yenə deyirəm, 4 komandanın 4-ü də bir tərəfdədir. 

- Çempionatın səviyyəsi barədə fikriniz necədir?

- Çempionatın səviyyəsi barədə hamımız şablon olaraq danışırıq. 8 komanda iştirak edir. Bu isə bir az futbolçulara da çətinlik yaradır. Çünki bir komanda ilə 4 görüş keçirilir. Hətta,  kubokdakı oyunları da  saysaq, 6 dəfə olur.  Bir yeməyi 2 dəfə yeyəndə iyrənirsən. Məncə,  1 komanda ilə 6 dəfə qarşılaşmaq artıq bezdirici gəlir. Mən bundan əvvəl 16 və ya 18 komandalı çempionatlarda oynamışam. 1999-2000 ildən "Vışhaya Liqa"da oynamışam. Həmişə 18 komandalı turnir olub. Hətta,  12 klub da olsa da, oyun sayı çox olub və marağı daha da artıq olub. Bizdə isə 8 komandadır və 28 oyuna turniri başa vururuq. Heç biryerdə belə şey yoxdur ki, 28 oyuna çempionat yekunlaşsın. Məncə, bu 30-dan çox olmalıdır. Bu isə həm milli komandaya, həm də klublarımıza təsir edir.

- Hakimlə mübahisə etdiniz...

- Düzdür, mən onu vurmuşdum. Özünə də dedim ki, mənə sarı vərəqə göstərə bilərsən. Sadəcə top kənara çıxdığına görə autu qərarı verib, sonra sarı vərəqə göstərməsini istəyirdim. Buna görə də mübahisə yaranmışdı.

 


Etiketlər:  Bir komanda ilə 6 dəfə oynamaq bezdiricidir Rəşad Sadiqov


RƏYLƏR