Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qafqazşünaslıq üzrə yeni layihəyə vakant yerlər açıqlandı

Qafqazşünaslıq üzrə yeni layihəyə vakant yerlər açıqlandı

Tarix: 17 Dekabr 2019 10:48

Bakı. Trend:

Azərbaycan Respublikasının aparıcı ali təhsil müəsisələri, dövlət orqanları ilə birgə “Qafqaz ölkələrinin etnik mənsubiyyətlərinin və mədəni irslərinin araşdırılması” adlı uzunmüddətli layihəyə start verilib.

Trend-in məlumatına görə, layihənin məqsədi Azərbaycanda yaşayan etnosların tarixi, dili və mədəniyyətini araşdırmaqdır. Layihə çərçivəsində gürcü, ləzgi, udin, erməni, avar və qrabar dillərini bilən mütəxəssislər/tərcüməçilər tələb olunur.

Həmin dilləri bilən və aşağıdakı parametrlərə cavab verən şəxslərin CV məlumatlarının [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur:

- Gürcü, ləzgi, udin, erməni, avar və qrabar dillərini sərbəst - “upper intermediate” və daha yuxarı səviyyədə bilmək;
- Qafqazşünaslıq üzrə başlanğıc səviyyədə məlumatlı;
- Komandada və müstəqil şəkildə işləməyi bacaran;
- Problemə yaradıcı yanaşma və kollektiv düşüncə tərzi.

Aylıq əmək haqqı: 1200 AZN-dan başlayır (dil biliyinin səviyyəsi və sahə üzrə iş stajından asılı olaraq)


Etiketlər:  Qafqazşünaslıq üzrə yeni layihəyə vakant yerlər açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ