Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FİFA Bakıdakı seminardan yazdı

FİFA Bakıdakı seminardan yazdı

Tarix: 17 Dekabr 2019 13:56

FİFA-nın dəstəyi ilə Bakıda AFFA-nın və Orta Asiyanın üzv assosiasiyalarının futbol təcrübəsi və bilik mübadiləsi seminarı keçirilib.

Qol.az xəbər verir ki, FİFA-nın rəsmi saytında seminarla bağlı yazı dərc olunub.

Yazının tərcüməsini diqqətinizə çatdırırıq: FİFA-nın 211 üzv assosiasiyasında (ÜA) potensialın artırılması və bilik mübadiləsi təşəbbüslərini dəstəkləmək üzrə xüsusi strategiyasına uyğun olaraq, FIFA-nın Dubaydakı Regional İnkişaf Ofisi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə 11-12 dekabr 2019-cu il tarixlərində Bakıda məlumat mübadiləsinə həsr olunmuş dörd rus dilli Orta Asiya ÜA-lar üçün seminar təşkil edib. İclasda Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndələri iştirak ediblər. Bu seminarın əsas məqsədlərindən biri də ümumi tarixi və mədəni mənşəli assosiasiyalar arasında təcrübə mübadiləsini təşviq etmək idi.

Tədbirin birinci günü AFFA nümayəndələrinin FIFA Forward lahiyələrinə həsr edilmiş inkişaf strategiyaları və digər futbol qurumları ilə əməkdaşlığı, klublara qoyulan qanuni tələblər, liqanın quruluşu, klubların gəlirləri, qadın futbolu, texniki inkişaf və elit məşqlərə həsr olunmuş təqdimatlarına həsr olunmuşdu. Nümayəndələr Peşəkar Futbol Liqasının problemləri və rəqabət balansını, habelə müxtəlif nümunə hallarını müzakirə etdilər. "Neftçi" PFK-nın prezidenti Kamran Quliyev klub quruluşu, strategiya və gəlir axınları ilə bağlı təqdimat etdi.

İkinci gün Bakının ətrafındakı müxtəlif futbol məkanlarına, o cümlədən Bakcell Arena, Bakı Olimpiya Stadionu, Dalğa Arena və Bayıl stadionuna, AFFA-nın "Dalğa"dakı milli komandaların təlim mərkəzinə baxılması ilə başladı. İştirak edən AFFA rəsmiləri infrastruktur layihələrinin əsas aspektlərini müzakirə etdilər və mövzu ilə bağlı geniş təcrübələrini bölüşdülər.

"FİFA və AFFA-ya çoxlu bilik əldə etmək və bir çox mütəxəssis və dostlarla görüşmək şansı verdiyi üçün təşəkkür edirəm. Ümidvarıq ki, gələcəkdə belə seminarlar daha çox keçiriləcək. İndi biz daha əminik və yeni layihələrə hazırıq," - QRFF prezidenti Kanatbek Mamatov şərh verib.

"Öncə FİFA-ya belə bir seminar keçirmək imkanı verdiyi üçün təşəkkür edirəm. Müzakirə olunan mövzular Bakıya gəlmiş iştirakçı assosiasiyalar üçün vacib idi. Biz təcrübəmizi bölüşməkdən, digər fikir və tövsiyələri eşitməkdən məmnun olduq. Xüsusilə, biz Gəncə, Tovuz və Bakı Olimpiya Stadionu kimi bir çox infrastruktur layihələrimiz üçün vacib bir sütun olduğu üçün FIFA İnkişaf Proqramının əhəmiyyətini qeyd etmək istərdik,"- AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

"Düşünürəm ki, bu çox faydalı bir seminardır. Çox istəyərdim ki, bunun sayı artsın və seminarın coğrafiyası getdikcə daha da dəyişsin. Futbolun dəyərlərini bölüşən bütün ölkələrin ünsiyyət qurmağı və ən yaxşı oyunlar xatirinə bilik mübadiləsi vacibdir. Bakıda biz öz təcrübəmizi rusdilli Orta Asiya ölkələri ilə bölüşdük. Əminəm ki, bundan gələcəkdə həm klub, həm də assosiasiya səviyyəsində istifadə edə bilərik. FİFA-ya və bu seminarın təşkilində əməyi keçən hər kəsə çox təşəkkür edirəm. Bu cür tədbirlər ölkələrimizdə futbolun inkişafı üçün çox vacibdir,"- deyə Neftçi PFK - nın prezidenti Kamran Quliyev bildirib.

"Bu, Orta Asiya regionunun rusdilli üzv assosiasiyaları üçün hazırlanmış ilk tədbir idi. Onların hamısı, eləcə də AFFA, 1990-cı illərin əvvəllərində, Sovet İttifaqı dağılandan sonra qurulmuş olduqca gənc təşkilatlardır. Bu ölkələrdə futbolu yeni səviyyəyə gətirmək üçün bilik və təcrübə mübadiləsi aparmaq çox vacibdir. Onların hamısı ortaq bir dildə danışa bildikləri üçün bu ÜA-lar arasında ünsiyyət qurmaq çox asandır," - deyə Sanjeevan C. Balasingam, FIFA Üzv Assosiasiyalarının Asiya və Okeaniya üzrə direktoru fikrini yekunlaşdırıb.

 

 


Etiketlər:  FİFA Bakıdakı seminardan yazdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ