Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 14:34
"Bu gün "Sosial sifarişlər haqqında" qanun layihəsinin qəbulu çox aktualdır".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu "Sosial xidmətlər sahəsində QHT-lərlə əməkdaşlıq, nailiyyətlər və perspektivlər" mövzusunda konfransda Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.
Onun sözlərinə görə, bu layihə şura tərəfindən hazırlanaraq Milli Məclisə təqdim olunub.
A.Quliyev ümid edir ki, Milli Məclisin növbəti çağırışı formalaşarkən bu məsələyə də baxılacaq:
"Qanunvericilik sahəsində bəzi boşluqlar var. Hələ bir neçə il əvvəl "Sosial xidmətlər" haqqında qanun qəbul edildi. Amma təcrübə onu göstərir ki, yeni yanaşmaya ehtiyac var. Bu yan aşma ondan ibarətdir ki, "Sosial sifarişlər haqqında" qanun layihəsinə ehtiyac var. Bu gün heç kimə sirr deyil ki, bütün dünyada sosial təminat xidmətlərinin satınalınmanın böyük əksəriyyəti məhz QHT tərəfindən həyata keçirilir".