Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tramp mənim üçün prezident deyil''

''Tramp mənim üçün prezident deyil''

Tarix: 17 Dekabr 2019 15:34

Qadınlardan ibarət ABŞ millisinin futbolçusu və "Qızıl top"un sahibi Meqan Ropino sosial şəbəkədə ölkə prezidenti Donal Trampla yaydakı mübahisəsini xatırladıb.

Qol.az xəbər verir ki, bu zaman o, dövlət başçısını tənqid edib: "Düzünü desəm, bu olduğundan da ciddi hadisə kimi hiss olundu. Prezidentlə mübahisənin belə bir rezonansa səbəb olmasında məntiq görmədim. Ağ Evə baş çəkməyə imtina etməyə gəlincə, komandadakı hər kəs sakit idi. Onlar mənə dəstək oldu və heç bir problem yaranmadı.

Prezidentlər "Tvitter"dəki insanlarla mübahisə etmirlər, onlar öz komandalarının oyunçularını təqib etmir və turnirdə ən vacib matçdan əvvəl təzyiq göstərmirlər. Buna görə də mənim üçün o, prezident deyil".

Qeyd edək ki, M.Robina bu il keçirilən  dünya çempionatıın finalının 1/8 fialına İspaniya üzərində qələbədən sonra Trampın mümkün dəvətiu haqda suala cavab olaraq Ağ Evə getməyəcəyini və prezidentin onların dəvət etməyə hazırlaşmadığını düşündüyünü söyləmişdi. Bundan sonra Tramp Robinoya cavab olaraq "Tvitter" hesabında yazmışdı: "NBA komandalardan başqa, digər komandalar Ağ Evə gəlməyi sevir. Mən ABŞ-ın yığmasının və qadın futbolunun böyük azarkeşiyəm, amma Meqan əvvəl udmaq, sonra danışmaq lazımdır! İşi bitirmək lazımdır!".

Xatırladaq ki, ABŞ DÇ-2019-un qalibi olub.

 


Etiketlər:  Tramp mənim üçün prezident deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ