Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 18:15
"Avropa Nəşr Mətbuat Evi"nin Mükafat komissiyasının qərarı ilə Azərbaycan Milli Geyim Mərkəzinin və Moda Evinin rəhbəri, AQSİA-nın (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assoiasiyası) Sosial işlər komissiyasının sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova qızıl medal və "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" diplomu ilə mükafatlandırılıb.
Sonxeber.net xəbər verir ki, mükafat milli-mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, Azərbaycanın qədim geyim mədəniyyəti, Azərbaycan milli geyim geyimlərin forması, növü, müasir folklor qruplarında milli geyim ənənələrin formalaşması, müasir milli geyim təkmilləşdirməsi sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, Beynəlxalq Etno-Mədəniyyət Festifallarında mütamadi iştirakına, elmi-publitistik əsəsrlərinə, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında, ölkədə sənətşunaşlıq elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə təqdim edilib.
Mükafatı "Avropa Nəşr Mətbuat Evi"nin nümayəndəsi Sahilə Mirzəqızı verib.