Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəstəxanadan qolu qandallı qaçdı, evə gedib yatdı - Bakıda TRAGİKOMİK HADİSƏ

Xəstəxanadan qolu qandallı qaçdı, evə gedib yatdı - Bakıda TRAGİKOMİK HADİSƏ

Tarix: 17 Dekabr 2019 19:50

Bakıda polisin saxladığı şəxs qolu qandallı xəstəxanadan qaçıb.

Sonxeber.net ölkə.az-a istinadən xəbər verir ki, Bərdə rayon sakini, 36 yaşlı Sadıqov Elgün Şakir oğlu Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

O, idarənin müvəqqəti saxlama otağına aparılıb. E.Sadıqov çay içərkən qaşığı götürərək udub. Dərhal E.Sadıqov 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Polis nəzarəti ilə o, həkim müayinəsindən keçib. Müayinə zamanı E.Sadıqov polisin diqqətindən yayınaraq xəstəxananın 4-cü mərtəbəsindən əlində qandal pəncərəni qıraraq qaçıb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı E.Sadıqov yaşadığı ünvanda aşkarlanıb. Məlum olub ki, saxlanılan şəxs yaşadığı evə gedərək orada yatıb.


Etiketlər:  Xəstəxanadan qolu qandallı qaçdı evə gedib yatdı Bakıda TRAGİKOMİK HADİSƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ