Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 02:55
Bakı. Trend:
“Avropa Nəşr Mətbuat Evi”nin Mükafat komissiyasının qərarı ilə Azərbaycan Milli Geyim Mərkəzinin və Moda Evinin rəhbəri, AQSİA-nın (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assoiasiyası) Sosial işlər komissiyasının sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova qızıl medal və “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” diplomu ilə mükafatlandırılıb.
Trend-in məlumatına görə, mükafat milli-mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, Azərbaycanın qədim geyim mədəniyyəti, Azərbaycan milli geyim geyimlərin forması, növü, müasir folklor qruplarında milli geyim ənənələrin formalaşması, müasir milli geyim təkmilləşdirməsi sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, Beynəlxalq Etno-Mədəniyyət Festifallarında mütamadi iştirakına, elmi-publitistik əsəsrlərinə, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında, ölkədə sənətşunaşlıq elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə təqdim edilib.
Mükafatı “Avropa Nəşr Mətbuat Evi”nin nümayəndəsi Sahilə Mirzəqızı verib.
Xatırladaq ki, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev, Dövlət Akademik Milli Dran Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov, AMEA-nın müxbir üzvü, Əməkdar incəsənət xadimi, professor Zemfira Səfərova, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, Əməkdar incəsənət xadimi, professor Kübra Əliyeva, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor Aqşin Babayev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova və başqaları müxtəlif illərdə bu mükafata layiq görülüblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin