Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada 2040-cı ilədək aviasərnişinlərin sayı iki dəfə artacaq

Dünyada 2040-cı ilədək aviasərnişinlərin sayı iki dəfə artacaq

Tarix: 18 Dekabr 2019 06:32

Dünyada hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı növbəti 20 ildə iki dəfə artacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Alman Aviasiya və Kosmonavtika Mərkəzi yayıb.

Mərkəzin məlumatına görə, reyslərinin sayının artması, aşağı büdcəli aviaşirkətlərin çoxalması və sərnişin təyyarələrinin tutumunun böyüməsi gələcəkdə sərnişin artımını daha da sürətləndirəcək. 2016-cı ildə rəsmi statistikaya əsasən, dünyada təxminən 4 milyard sərnişin təyyarə ilə səfərə çıxsa da, 2040-cı ildə bu göstərici 9,4 milyarda çatacaq. Reyslərin sayı isə hazırda 35,5 milyondan təxminən 53 milyona yüksələcək.


Etiketlər:  Dünyada 2040 ilədək aviasərnişinlərin sayı dəfə artacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ