Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 07:42
Əmlak sığortası fəlakət halları zamanı risklərin bir hissəsinin sığorta şirkətlərinin üzərinə düşməsi və dövlət büdcəsinin yükünün azalması deməkdir
Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.
"İcbari sığortalar haqqında" qanuna əsasən yanvar ayının 1-dən etibarən sığortası olmayan "kupca"lı evlərin sahibləri hər 20 gündən bir 30 manat cərimə olunacaqlar. Bu da il ərzində təxminən 550 manat edir. Hazırda daşınmaz əmlakın icbari sığortası Bakı şəhərində 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər bölgələrdə isə 30 manatdır. Bunun müqabilində hər hansı hadisə baş verdikdə, vətəndaşa dəyən ziyanın Bakıda 25 min manatı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 20 min manatı, digər bölgələrdə isə 15 min manatı sığorta şirkətləri tərəfindən ödənilir.