Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özbəkistanın Şərq nağılı - FOTO

Özbəkistanın Şərq nağılı - FOTO

Tarix: 18 Dekabr 2019 07:56

Qədim Səmərqəndin küçələrində dolaşmaq, Daşkəndin Şərq bazarına baş çəkmək, Buxaradakı məscid və mədrəsələrin divarlarında naxışlara tamaşa etmək Özbəkistana səyahətə yollanan turistlərin hərəkət planlarının yalnız bir hissəsidir. Sonxeber.net AZƏRTAC-a istinadən ən ləziz plovun harada hazırlandığı, səhranın qızmar qumlarında hansı göldə çimmək və özünü əsl köçəri kimi hiss etmək barədə bəhs edəcək.

Daşkənd koloriti

Daşkənd, Buxara, Səmərqənd və Xivə Özbəkistana gələn turistlərin ənənəvi marşrutudur. Respublikanın Turizmin İnkişafı Komitəsinin müşaviri Bəhruz Həmzəyev sivilizasiyanın toxunmadığı bu rayonlardan danışıb. İslam memarlığının şedevrlərini öz gözləri ilə görmək üçün bu məkanlara daha çox turist gəlir.

Daşkənd MDB ölkələrinin turistləri arasında ən populyar şəhərdir. Qonaqlara şəhərin həm yeni, həm də qədim hissəsini göstərirlər. Tərkibində mavzoley, məscid və mədrəsənin olduğu Həzrəti İmam dini kompleksini ziyarət etmək ekskursiya probleminin ayrılmaz hissəsidir. Burada Məhəmməd Peyğəmbərin saçı və həqiqi olması UNESKO tərəfindən təsdiq edilmiş VII əsrə aid Müqəddəs Quran saxlanılır.

Şərq koloritini hiss etmək üçün yerli bazara baş çəkmək lazımdır. Çorsu və Alay Daşkəndin ən məşhur bazarları sayılırlar. Turizm bələdçisi Asiyə Şaripova deyir: "Səyahətçilər daha çox turistik olmayan bazarlara üstünlük verirlər. Mən Daşkəndin Çorsu və Səmərqəndin Siab bazarını xüsusilə qeyd etmək istərdim. Bu bazarlarda təzə meyvə, tərəvəz və ədvalar almaq olar. Eyni zamanda, turistlərə xalça, suvenirlər, məişət əşyaları, quru meyvə və şirniyyat da təklif olunur".

Səmərqənd

Daşkənddən Səmərqəndə 270 kilometr məsafə var. Bu, təxminən iki saat qatarla yol deməkdir. XIV əsrdə Səmərqənd Teymurləngin imperiyasının paytaxtı olub, onun XV əsrdə inşa edilmiş Qur-Əmir türbəsi də məhz bu şəhərdə yerləşir. Bu türbənin Aqradakı Tac-Mahal üçün nümunə olduğu söylənilir.

Səmərqənddəki Bibi-Xanım məscidi Teymurləngin sevimli arvadının şərəfinə tikilib. Onun mənası "böyük şahzadə" deməkdir. Bələdçi Əziz Xalmuradov deyir: "Bəzən turistlər gülməli suallar verirlər. Məsələn, özbəklərdə çoxarvadlılıq varmı və ya onlara bir çox dəfə evlənmək olarmı? Mən adətən zarafatla cavab verirəm ki, indi bizdə çoxkişililik var və bir çox qadınların bir neçə əri olur".

Plov və Registan

Bələdçi Əziz Xalmuradov daha sonra əlavə edir: "Əcnəbilər hesab edirlər ki, özbək mətbəxi çox yağlıdır. Əslində, bizim yeməklər çox yağlı deyil: süfrəyə təzə tərəvəz, çoxlu süd məhsulları verilir. Mastava və maşxurda şorbalarının, ispanaq və göyərti ilə samsu supunun da dadına baxa bilərsiniz".

Asiyə Şaripova əlavə edir: "Plov ənənəvi xörəkdir. Zənnimcə, ən yaxşı plovu Səmərqənddə bişirirlər. Ən yaxşı balıq Xivədə, kabab Buxarada, ləzzətli laqman isə Daşkənddə olur".

Şərqdə əsas meydanı Registan adlandırırdılar. Səmərqənddə onun ərazisində XV-XVII əsrlərə aid olan üç mədrəsə yerləşir. Bu memarlıq kompleksi UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Əziz Xalmuradov deyir: "Atam danışırdı ki, uşaqlıqda dostları ilə birlikdə Registanın damlarında qaçardılar. Böyük Vətən müharibəsi dövründə Moskva, Leninqrad, Kiyev və başqa şəhərlərdən evakuasiya edilmiş insanlar mədrəsədə yaşayırdılar. İndi bu ərazi turizm məkanıdır. Buraya giriş təqribən beş dollardır".

Qızılqum səhrası


Etiketlər:  Özbəkistanın Şərq nağılı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ