Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FİFA və UEFA Ermənistanı qova bilər

FİFA və UEFA Ermənistanı qova bilər

Tarix: 18 Dekabr 2019 11:56

FİFA və UEFA Ermənistan futbolunu öz bayrağı altından keçirilən yarışlardan kənarlaşdıra bilər.

Qol.az “Sputnik Armenia”ya istinadla yazır ki, ölkə hakimiyyətinin yerli federasiyanın işinə müdaxiləsi narahatlıq doğurub.

Məlumdur ki, beynəlxalq futbol təşkilatları yerli dövlət təşkilatlarının müstəqil qurum olan milli federasiyanın işinə müdaxiləsini yolverilməz sayır və buna görə sanksiyalar nəzərdə tutur. Hazırkı gedişat Ermənistan Futbol Federasiyasını (EFF) bu təhlükə qarşısında qoyub.

Məsələ burasındadır ki, dekabrın 23-də EFF-nin konqresində prezident vəzifəsinə seçki keçiriləcək. Bu vəzifəyə hazırda iki namizəd var – Armen Melikbekyan və Tomas Qriqoryan. Hazırda hakimiyyət nümayəndələri Melikbekyana ciddi şəkildə dəstək verirlər və onu rəhbərliyə gətirmək istəyirlər. Tomas Qriqoryan isə bundan öncəki rəhbərlərdən olmuş Ruben Ayrapetyanın adamı sayılır.

Amma hazırda əsas dəstək Armen Melikbekyana verilir. O, Milli Təhlükəsizlik Xidmətində çalışır. Ona görə də onun prezident olması üçün dövlət qurumlarının inzibati resurslarından istifadə olunur.

Qeyd edək ki, Ermənistanda insanlar futbolda dəyişlik istəyirlər. Amma “Sputnik Armenia” yazır ki, bu sahəyə yaxşı rəhbərlik edəcək kadrlar yoxdur.  Bildirilir ki, EFF prezidentliyi uğrunda hazırkı mübarizə və dövlətin bu prosesə müdaxiləsi ilə bağlı UEFA prezidenti Aleksander Çeferinə məlumatlar verilir.

Yerli mətbuat ondan narahatdır ki, bütün bu proseslər milli komandalar və klubların bir neçə il müddətinə beynəlxalq səviyyəli yarışlardan uzaqlaşdırılmasına gətirib çıxara bilər. Qeyd olunur ki, ümumiyyətlə, Ermənistan futbolunda vəziyyət yaxşı deyil. Daxili çempionatın oyunlarında qeydə alınan mübahisəli nəticələr də FİFA və UEFA-nın diqqətini çəkib.

“Bütün bunlardan sonra seçkiyə siyasi müdaxilə təhlükəlidir. Əgər biz Avropa futbol ailəsinin üzvü olaraq qalmaq istəyiriksə, seçkini siyasi qüvvələrin müdaxiləsi olmadan keçirməliyik” – deyə erməni KİV-i yazıb.

 


Etiketlər:  FİFA UEFA Ermənistanı qova bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ