Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 13:03
Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakı və Abşeronda bayramla əlaqədar yarmarkalar təşkil ediləcək.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib.
Onun sözlərinə görə, qış yarmarkaları Yasamal, Binəqədi, Nərimanov, Suraxanı və Abşeronun rayonlarında təşkil ediləcək: “Azərbaycanlıların Dünya Həmrəyliyi və Yeni İl bayramı ilə əlaqədar dekabrın 21-dən ongünlük qış yarmarkası təşkil ediləcək. Həmin yarmarkalarda kənd təsərrüfatı məhsullarının satışı ilə yanaşı, əhali üçün əyləncəli şou-proqram da nəzərdə tutulub”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin