Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elvin İsayev ictimaiyyətə müraciət etdi

Elvin İsayev ictimaiyyətə müraciət etdi

Tarix: 18 Dekabr 2019 16:54

Bakı. Samir Əli - Trend:

Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycana deportasiya olunmuş Elvin İsayevin guya hüquqlarının pozulması, o cümlədən, istintaq zamanı təzyiqlərlə üzləşəcəyi barədə paylaşımlar edilərək, onun hüquqlarının müdafiəsi məqsədi ilə sosial şəbəkələrdə qruplar yaradılması barədə çağırışlar yayılıb.

Tutulmasının siyasiləşdirilməsinin əleyhinə olan Elvin İsayev baş verənlərlə əlaqədar vəkili Gülarə İlyasova vasitəsilə ictimaiyyət nümayəndələrinə müraciət ünvanlayıb.

E.İsayevin vəkili vasitəsilə Trend-ə göndərdiyi müraciətində etdiyi cinayətlərə görə tutulduğunu, hüquqlarının vəkili tərəfindən müdafiə olunduğunu və ona hər hansı təzyiqin edilmədiyini, törətdiyi əməllərin siyasiləşdirilməsinin əleyhinə olduğunu vurğulayıb.

Elvin İsayevin redaksiyamıza ünvanladığı müraciətinin şəklini və mətnini təqdim edirik.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Elvin İsayev ictimaiyyətə müraciət etdi Elvin İsayev ictimaiyyətə müraciət etdi


Etiketlər:  Elvin İsayev ictimaiyyətə müraciət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ