Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfsanə geri dönür?

Əfsanə geri dönür?

Tarix: 18 Dekabr 2019 18:40

Əfsanəvi ukraynalı boksçu Vladimir Kliçko özünün rəsmi Tvitter səhifəsində yenidən peşəkar idmana qayıdacağı haqda söhbətlərə səbəb olan şərhlər yazıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kliçko istifadəçilərə belə bir sual verib ki, azarkeşlər onun yenidən hansı döyüşünü izləmək istəyərlər: Coşua və ya Fyuri ilə revanşı, yoxsa Uaylderlə döyüşü? Bu zaman çoxluq Fyurinin adını qeyd edib.

Qeyd edək ki, kiçik Kliçko 2017-ci ildə, Entoni Coşuaya çempionluq döyüşündə məğlubiyyədən üç ay sonra karyerasını başa vurub.


Etiketlər:  Əfsanə geri dönür


RƏYLƏR