Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arvadını öldürdü, üç gün azyaşlı qızı ilə meyit olan evdə yaşadı

Arvadını öldürdü, üç gün azyaşlı qızı ilə meyit olan evdə yaşadı

Tarix: 18 Dekabr 2019 20:20

Türkiyənin İstanbul şəhərində kişi arvadını öldürdükdən sonra azyaşlı qızı ilə üç gün meyit olan evdə yaşayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Esenyurtda Elif Özde Uzunu evində bıçaqlayıb öldürən Ərhan Taslının məhkəməsi olub.

Arvadının telefonuna gələn mesaja görə qısqanclıq zəminində onu öldürən Ə.Taslı ifadəsində qadının xəyanəti etiraf etdiyini bildirib.

"Qəzəblənib mətbəxə getdim və bıçaq götürdüm, sonrası yadımda deyil, peşmanam. Qızımı anasız qoymamalıydım", - deyən şəxs hadisəni törədəndən sonra E.Özdənin əllərini bağlayaraq üstünü örtüb.

Daha sonra üç gün azyaşlı qızı Sudə ilə anasının cəsədi olan evdə yaşayan həmin şəxs özü polisə təslim olub.


Etiketlər:  Arvadını öldürdü üç gün azyaşlı qızı ilə meyit olan evdə yaşadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ