Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə ''Prado'' 64 yaşlı qadını vurub öldürdü

Gəncədə ''Prado'' 64 yaşlı qadını vurub öldürdü

Tarix: 19 Dekabr 2019 12:26

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin M.Abbaszadə küçəsində qeydə alınıb.

Həmin küçədə hərəkətdə olan "Toyota Prado" markalı avtomobil yolu sağdan sola keçmək istəyən rayon sakini, 1955-ci il təvəllüdlü Sevil Babayevanı vurub. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Gəncədə Prado yaşlı qadını vurub öldürdü


RƏYLƏR