Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 14:26
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda nəqliyyatçılar 1 milyard 856,2 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox sərnişinə xidmət göstəriblər.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, sərnişinlərin 88,1 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Dəmir yolu nəqliyyatı ilə 2019-cu ilin yanvar-noyabr ayları ərzində 3,7 milyon sərnişin daşınıb, 2018-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 48,2 faiz artım müşahidə olunub.
Dövr ərzində dəniz nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 35,2 faiz artaraq 19,6 min nəfər olub.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 636,1 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,0 faiz və 2,4 faiz artım qeydə alınıb.