Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Diabet və piylənmənin artımına son qoyulacaq - Bu üsulla

Diabet və piylənmənin artımına son qoyulacaq - Bu üsulla

Tarix: 19 Dekabr 2019 14:36

"Azərbaycanda keçirilən STEPS sorğusunun nəticələri insanların sağlam həyat tərzi vərdişlərinə yiyələnməsinin vacib olduğunu göstərdi".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev ''Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları'' mövzusunda II Milli Konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2017-ci ilin may ayından 2018-ci ilin mart ayına qədər qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin araşdırılması üzrə STEPS sorğusu keçirilub. Sorğuya əsasən, 18-69 yaş arasında 2801 nəfər iştirak edib. Onlar arasında siqaret çəkənlərin göstəricisi 24 faiz olub. Sorğuda istirak edən kişilərin 48.8 faizi, qadınların isə 0.2 faizi siqaret çəkir.

Sorğunun nəticələrinə görə, 45-69 yaşlı kişilər arasında alkoqol istehlakı 30 faizə yaxın olub. 18-44 yaşlılar arasında bu göstərici 27 faizə yaxın olub. Alkoqol qəbul edənlərin 27 faizi şəhərdə, 28 faizi isə kənd yerlərində yaşayır. Həkim məsləhəti ilə və ya içkinin mənfi təsirindən sağlamlığında yaranan səbəblərinə görə içkidən imtina edənlər ( son 12 ay ətzində alkoqol qəbul etməyənlər) arasında kişilərin faiz nisbəti 41.2 olub.

Q.Haqverdiyev qeyd edib ki, 2011-ci ildə sorğuda iştirak edənlərin yalnız 15 faizi gündə 400 qram meyvə və tərəvəz qəbul etdiyini bildiribsə, 2017-ci ildə bu rəqəm artıq 25 faiz idi:"Deməli, maarifləndirmə və sağlam həyat tərzi istiqamətində aparılan təbliğat insanların adət etdiyi vərdişləri dəyişməsinə təkan verir. Nəzərə almaq lazımdır ku, q eyri-infeksion xəstəliklər tütünçəkmə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk faktorları ilə bağlıdır''.


Etiketlər:  Diabet piylənmənin artımına qoyulacaq üsulla


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ