Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Slutski ''Rubin''in bazasında - təyinatı bu gün açıqlanır

Slutski ''Rubin''in bazasında - təyinatı bu gün açıqlanır

Tarix: 19 Dekabr 2019 17:34

"Rubin"in baş məşqçisi təyin olunacağı gözlənilən Leonid Slutski Kazan təmsilçisinin bazasına gedib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, 48 yaşlı mütəxəssis klubun infrastrukturu ilə tanış olub.

"Rubin" L.Slutskinin təyinatını bu gün rəsmən elan edəcək. Onunla yaxın vaxtlarda 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, "Rubin" Rusiya Premyer Liqasında hazırda 19 xalla 13-cü pillədə qərarlaşıb. Komanda oktyabrın 5-dən qələbə qazana bilmir.

Xatırladaq ki, L.Slutskinin son iş yeri Hollandiyanın "Vitess" klubu olub. O, ötən ay istefaya göndərilib.

 


Etiketlər:  Slutski Rubinin bazasında təyinatı gün açıqlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ