Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim: ''Oqtay Gülalıyevin komadan ayılma ehtimalı çoxdur'' - FOTO

Həkim: ''Oqtay Gülalıyevin komadan ayılma ehtimalı çoxdur'' - FOTO

Tarix: 19 Dekabr 2019 18:28

Bu gün atam Oqtay Gülalıyevin EEG müayinəsi üçün həkim Bülent Kahyaoğlu gəlib. O, atamın komadan ayılma ehtimalının çox olduğunu deyib. Amma təəssüflə bildirib ki, baş nahiyəsində zərbə ağır olduğuna görə və az da olsa "ödəm" qaldığı üçün zamana ehtiyacımız var.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu O.Gülalıyevin oğlu Təbriz Gülalıyev özünün "Facebook" səhifəsində yazıb.

O, "Çəkilən şəkildə göründüyü kimi atam sağ gözünü az da olsa açmaq istəyib"- deyə əlavə edib.

Xatırladaq ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub.


Etiketlər:  Həkim Oqtay Gülalıyevin komadan ayılma ehtimalı çoxdur FOTO


RƏYLƏR