Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha bir qadın zorakılığı: bu dəfə Şirvanda

Daha bir qadın zorakılığı: bu dəfə Şirvanda

Tarix: 19 Dekabr 2019 21:00

Şirvan sakini keçmiş əri tərəfindən bıçaqlanıb.

Milli.Az xəbər verir ki, hadisə axşam saatlarında H.Əliyev prospektindəki zavodların birinə məxsus yataqxanada baş verib.

Şirvan sakini, 1984-cü il təvəllüdlü Qubadova Günay Hətəm qızı 1 il əvvəl boşanmış əri - Şirvan sakini Quliyev Azad Ərəstun oğlu tərəfindən bıçaqlanıb. Yaralı döş qəfəsindən aldığı 2 bıçaq yarası ilə Şirvan Şəhər Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Daha qadın zorakılığı dəfə Şirvanda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ