Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişi arvadını 20 yerindən bıçaqladı - FOTO

Kişi arvadını 20 yerindən bıçaqladı - FOTO

Tarix: 20 Dekabr 2019 10:10

Türkiyənin Sivas vilayətində arvadını 20 bıçaq zərbəsi ilə ağır yaralayan ər həbs olunub.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident dekabrın 19-da 11.30 radələrində İstanbulun Qartal rayonunda qeydə alınıb.

Məlumata görə, Sivastda yaşayan Süheyla K. (20) həyat yoldaşı Məhmət K. (24) tərəfindən dəfələrlə şiddətə məruz qaldığı üçün evi tərk edərək İstanbulun Qartal rayonunda yaşayan babasının evinə gəlib. Bundan sonra şübhəli Məhməd K.-da Süheyla K.-nın arxasınca İstanbula gəlib.

Məhməd K. izlədiyi arvadını babasının evinin qarşısında yaxalayaraq mağazadan aldığı bıçaqla bir neçə dəfə zərbə endirib və hadisə yerindən qaçıb. Əri tərəfindən təxminən 20 yerindən bıçaqlanan qadın, ətrafdakı insanların köməkliyi ilə hadisə yerinə çağırılan ambulansla xəstəxanaya çatdırılıb. Xəstəxanadan, gənc qadının vəziyyətinin ağır olduğu bildirilib.

Polis, aldığı məlumat əsasında Məhmət K.-nin saxlanılması üçün hərəkətə keçib. Şübhəli qaçarkən bir bankın təhlükəsizlik işçisinə, "Arvadımı öldürdüm, nə qədər iş alaram, mən nə edim indi" dediyi məlum olub.


Etiketlər:  Kişi arvadını yerindən bıçaqladı FOTO


RƏYLƏR