Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 13:30
"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil karyerasını Türkiyədə davam etdirə bilər.
Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, "Fənərbağça" növbəti dəfə onu heyətinə qatmaq fikrinə düşüb.
"Sarı-lacivərdlilər" Almaniya millisinin sabiq üzvünü yanvarda icarəyə götürmək niyyətindədi. Bununla bağlı klublar arasında danışıqlara start verilib. Əvvəllər "Liverpul" və "Tottenhem"də çalışmış "Fənərbağça"nın idman direktoru Damyen Komolli hazırda danışıqlar aparır. Bu həftə ərzində razılığın əldə olunması istisna edilmir.